Araz.az araşdırmaçı Abdulla İsmayıloğlunun vaxtilə dünyanə idarə edən şəxslərdən biri olan İosif Stalin haqqında yazısını təqdim edir:
Bu yazımızın qəhramanı İosif Stalin olsa da, nə onun inqilaba qədərki, quldurluq, nə inqilab zamanı, nə SSRİ-nin rəhbəri olmasından, nə, böyük vətən müharibəsi zamanı fəaliyyətlərindən, nə də ölümündən söhbət açacağıq. Söhbətimiz böyük tiranın züriyətləri haqqındadır…
Azərbaycan xalqının əksəriyyəti istər ittifaq zamanı, istərsə də, müasir dövrdə “SSRİ Xalqları Atası”-nın şəxsi həyatı və ailəsi haqqında demək olar ki, heçnə bilmir. Bildikləri də, “Stalin oğlunu generala dəyişmədi”, “oğlunu müharibəyə birinci yolladı” və s. bu kimi populist ifadələrdi. Fərdi şəxsləri hesaba almasaq, onun ikinci həyat yoldaşından olan övladları haqqında demək olar ki, heç kim bilmir.
Gəlin ardıcıllıqla Stalinin həyat yoldaşları, mənşuqələri, övladları, nəvə-nəticələri haqqında ardıcıllıqla söhbət açaq…
Hələ Stalin kimi tanınmayan, həm quldurluqla, həm də inqilabi fəaliyyətlə məşğul olan İosif Cuqaşvili ilk dəfə 1906-cı ildə ailə həyatı qurur. O, inqilabçı yoldaşlarından olan Aleksandr Svanidzenin bacısı Kato Svanidze ilə evlənir. Onuda qeyd edək ki, onlar məhz Bakıda tanış olublar. Bu evlilikdən 1907-ci ildə Yakov adlı oğulları dünyaya, gəlir, lakin xöşbəxt ailə həyatı uzun sürmür. Beləki, 1907-ci il 5 dekabrında İosifin sevimli Katosu vərəm (bəzi məlumatlara görə qarın yatalağı) xəstəliyindən vəfat edir. Onun ölümü İosififi depresiyaya salsa da, inqilabi fəaliyyətindən uzaqlaşdırmır.
Kato Svanidze. Stalinin ilk məhəbbəti olsa da, xəstəlik onu ondan ayırdı
Onların yeganə övladları olan Yakov Cuqaşvili məhz yuxarıda haqqında məşhur “ifadələr” söylənən oğludu. Amma biz onun həyatı və əsirliyindən danışmayacağıq, bu ayrıca bir yazıdı…!
Yakov Cuqaşvili. Rəhbərin ilk övladı olsa da, o heç vaxt ata qayğısı görmədi
Yakov Cuqaşvili 19 yaşında sinif yoldaşı olan 16 yaşlı Zoya Qunina ilə ailə həyatı qurur. Böyük liderin birinci oğlu subaylığın daşını atsa da, bu onun sonuncu evliliyi olmayacaqdı. Gənc cütlüklərin qız övladları dünyaya gəlsə də, tezliklə valideynlərin səhlənkarlığı üzündən körpə xəstələnərək vəfat edir. Bu hadisədən sonra onlar bir-birlərindən soyuyurlar və tezliklə ayrılırlar.
1935-ci ildə Yakovun Olqa Qoluşeva ilə izdivacı başlayır. Bu izdivacdan onların 1936-cı ildə Yevgeni adında oğulları dünyaya gəlir. Amma onlar münasibətlərini rəsmləşdirmirlər.
11 dekabr 1935-cı ildə Yakov yenidən evlənir. Bu dəfə o, özündən 4 yaş böyük, sirkdə ballerina aktrisası kimi fəaliyyət göstərən yəhudi Yudif Melçer ilə ailə həyatı qurur. Say etibarı ilə Yakovun ikinci, yeni həyat yoldaşının isə beşinci evliliyi idi. Bu evlilikdən 18 fevral 1938-ci ildə Qalina adında qızları dünyaya gəlir. Bu körpə Stalinin ilk rəsmi nəvəsidi (ölmüş nəvəsini nəzərə almasaq), həmçinin ən sevimli nəvəsi.
Bir maraqlı məqamıda qeyd edək ki, Yakovun bu evliliklərinin heç birinə ata Stalin razı olmamışdı.
Evgeni Cuqaşvili – rəhbərin ilk oğul nəvəsi.
Böyük Vətən müharibəsinin başlaması ilə Yakovda müharibəyə yollandı. 1941-ci ilin iyulunda baş leytenant Cuqaşvili Vitebs uğrunda gedən döyüşlərdə almanlara əsir düşərək, Zaksenhauzen konslagerinə saxlanılır, 1943-cü ildə orda güllələnir. Digər mənbələrə görə isə o, Vitebs döyüşündə mühasirəyə düşərək son damla qanına qədər döyüşür və həlak olur…
Stalinin qeyri-qanuni nəvəsi olan Yevgeni Cuqaşvili (1936-2016) də, atasının yolunu gedərək hərbiçi olur. O, hərbi mühəndislik akademiyasını bitirərək polkovnik rütbəsinədək yüksəlir. Evgeni həmçinin tarix və hərb üzrə professordu. 2005-ci ildə Hollandiya universiteti Maastrixtin dəstəyi ilə “Yalta konfransının 60 illiyinə” həsr olunan mərasimə dəvət edilir. Yalta konransının digər səbəbkarları olan Uinston Çörçil və Franklin Ruzveltin nəvələri də dəvət edilir. Beləliklə üç liderin nəvələri bu tədbirdə iştirak edirlər.
Qalina Cuqaşvili – Stalinin ən sevimli nəvəsi
Yevgeni Cuqaşvilinin Nanuli Nozadze ilə ailə həyatı qurub. Onun Visarion, Yakov adlı iki oğlu, İosif, Vasili və Olqa adında nəvələri var.
Nəticə Yakov Cuqaşvili. Stalinin yerdə qalan züriyətləri içərisində ən çox o, babasının adını uca tutaraq, onun haqqında təbliğatlar aparır
Polkovnik Cuqaşvili 2015-ci ildə “Mənim babam Stalin. O – müqəddəsdir!” kitabını yazır. Bir il sonra isə vəfat edir.
Nəvə Visarion Cuqaşvili 2001-ci ildə alman kinematoqrafçıları ilə birgə “Yakov – Stalinin oğlu” bədii filmini lentə alır. Film ilk dəfə Nyu-yorkda “Red Shift Film festival” festivalında nümayiş olunur.
Onun qardaşı Yakov Cuqaşvili isə Stalinin şəxsiyyətini və ideyologiyasını təbliğ edən ictimai xadim kimi tanınır.
Stalinin böyük oğlundan olan digər nəvəsi Qalina isə ixtisasca filoloqdur, həmçinin filologiya üzrə elmlər namizədidi. Vaxtı ilə Moskvada Dünya Ədəbiyyatı İnstetutunda kiçik elmi işçi kimi çalışıb. 1970-ci ildə o, BMT-də fövqəladə vəziyyətlə bağlı ekspert kimi çalışan Əlcəzair vətəndaşı Hüseyn ben Saad ilə ailə həyatı qurur və onların Səlim adında oğulları dünyaya gəlir. Beləliklə Stalinin nəticələrindən biridə əlcəzairlidi. Qalina Cuqaşvili bir neçə əsərlərin müəllifidi. Onun qələm məhsulunun ən maraqlıları isə sənədli-xatirə janrında yazılmış “Rəhbərin gizli ailəsi” və “Rəhbərin nəvəsi : baba, ata, ana və digərləri” kitabların müəllifidi. Q.Cuqaşvili 2007-ci ilin 27 avqustunda vəfat edib. Onu Moskva Novodeviçye qəbristanlığında dəfn ediblər.
Xalqlar atasının digər övladı qeyri-rəsmi dünyaya gəlmiş Konstantin Kuzakovdur. İ.Cuqaşvilinin 1905-1908-ci illərdəki Qafqazda və Bakıdakı inqilabi fəaliiyətlərinə görə həbs edilərək, Volqoqrad quberniyasının Solvıçeqodsk şəhərinə sürgünə göndərilir. Bu şəhərdə o iki dəfə sürgün edilir, beləki ilk dəfə 1909-cu ilin 27 fevralından 24 iyununa kimi orda sürgündə olur. Sonralar o, qaçır, lakin həbs olunaraq yenidən Solvıçeqodska göndərilir. 27. X.1910-cu il tarixdən 1911-ci ilin iyuluna qədər onun sürgünlüyü davam edir. Elə həmin müddətdə İosif özündən 4 yaş böyük olan Mariya Kuzakova adlı dul qadının evində yaşamağa başlayır. Adı çəkilən xanımın əri rus-yapon müharibəsi iştirakçısı olmuş, 1906-ci ildə müharibədə aldığı yaralardan vəfat etmiş və 5 uşağı yadigar qoyub getmişdi. İosif bu evdə yalnız kirayişin kimi deyil, bir qafqazlı kişisinə xas olaraq Mariya Kuzakovaya himayədarlıq etmişdi. Sonralar bu himayədarlıq mənşuq və mənşuqəliyə çevrilmişdi. 1911-ci ildə İosifin sürgünün müddəti bitir, onu çar jandarmasının qəti əmri ilə Solveçoqodskdan yola salınır. Həmin ilin sentyabrın 1-də Kuzakova ailəsində oğlan uşağı dünyaya gəlir. Ona anası tərəfindən Konstantin adı verilir. Amma uşaq üçün doğum şəhadətnaməsi və xaç suyuna salınmır. Buna səbəb şəhərin kilsə xadimi atası bəlli olmayan uşağı xaç suyuna salmaqdan imtina etməsi idi, ona görə də, körpə Kostyanı Kotlas şəhərinin Stefaniyevski kilsəsində xaç suyuna salınır, anasının təkidi ilə ata adı və soyad olaraq vəfat etmiş ərinin ata adı, soyadı verilir – Konstantin Stepanoviç Kuzakov.
Mariya Kuzakova. Hələ Stalin kimi məşhurlaşmayan Solvıçeqodskda sürgündə olan İosifin qayğısına qalan qadın. Mariyanın rəhbərdən Konstantin adında oğul övladı dünyaya gətirəcək
Orta təhsilini doğma şəhərində alan Konstantin, 1927-ci ildə Leninqrad Xalq Təsərüfatı İnstetunun (LXTİ) fəlsəfə şöbəsinə qəbul olur. 1930-cu ildə oranı əla qiymətlərlə bitirərək orda müəllim kimi saxlanılır. O, “Dialektik materializm”-dan dərs deməyə başlayır.
1931-ci ildə NKVD (Xalq Daxili İşlər Komisarlığı) əməkdaşları tərəfindən atasının Stalin olması ilə bağlı ağzının yummasına dair xəbərdarlığ edilir.
1932-1939-cu ildə LXTİ-da dossent, kafedra rəisi vəzifələrinə irəli çəkilir, eyni zamanda Ümum İttifaq Kommunist Partiyasının (ÜİKP) Leninqrad vilayət komitəsində lektor (mühazirəçi) qrupuna da üzv olur. 1940-cı ildə Moskvaya ÜİKP-nın “Təbliğat və təşviqat” şöbəsinə gətirilir, bununla yanaşı 1947-ci ilə qədər Ali Partiya Məktəbində mühazirələr oxuyur. BVM-si zamanı qarış-qarış cəbhələri gəzərək hərbi müxbir kimi çalışır. “I dərəcəli Vətən” və “Qırmızı ulduz” ordenlərinə layiq görülür.
1946-1947-ci illərdə SSRİ Kinemotoqrafiya Nazirinin müavini, 1947-1954-cü illərdə “Mosfilm” kinostudiyasının senari-redaktə şöbəsinin baş redaktoru, 1954-1955-ci illərdə SSRİ Kinemotoqrafiya Nazirliyin Baş İdarəsinin rəisi, 1955-1959-cu illərdə “ İskustvo” nəşriyyatının direktoru, 1959-1987-ci illərdə SSRİ Dövlət Teleradio Komitəsində (TK) Baş idarə rəsisi, TK-si sədrinin müavini, ədəbi-dram proqramlarının baş redaktoru vəzifələrində çalışır, eyni zamanda TK kollegiyasının üzvlərindən biri olur. 1987-ci ildə təqaüdə çıxır. Ömrünün son illərində atasının kimliyi barədə qəzet-jurnallara müsahibələr verir. 1996-cı ildə vəfat edir. Yasenevsk qəbristanlığında dəfn olunub.
K.Kuzakovun 1935-ci il təvəllüdlü Vladimir adında oğlu var. O, Təbiətşünaslıq və Texniki Tarix İnstetutunda böyük elmi işçi kimi çalışır.
1912-ci ildə artıq Cuqaşvili kimi deyil Stalin kimi adı dillər əzbəri olan bolşevik avanqard inqilabçısı 1914-cü ildə yenidən sürgünə göndərilir. Bu dəfə onu Krasnoyarsk vilayətinin cuzi əhalisi olan Kureyka kəndinə sürgün edirlər. Orada o, əvvəlcə İvanovlar ailəsinin evində, sonra isə Pereprıgina ailəsinin evində yaşayır.
Diqqət çəkən məqam odur ki, Pereprıgina ailəsində ailə başçları vəfat etdiyindən, ailənin rəhbərliyini 14 yaşlı Lidiya Pereprıgina öz üzərinə götürmüşdü. Onun özündən başqa 6 qardaş-bacısı vardı. Tezliklə Lidiya ilə İosifin arasında “sevgili” münasibəti yaranır. Lidiya hamilə qalaraq oğlan uşağı dünyaya gətirir. Tezliklə Stalinin jandarm həbs edirir. Lakin Stalin yazılı and içir ki, 16 yaşı (1830-cu ildə Çar Rusiyasında nigaha daxil olma yaşı 16 idi) tamam olan kimi Lidiya ilə evlənəcək. Bundan sonra onu sərbəst buraxırlar, lakin tezliklə uşaq xəstəlikdən vəfat edir. 1916-cı ildə Stalin sürgündən qaçır. 1917-ci ildə isə Lidiya ikinci oğlunu dünyaya gətirərək, ona Aleksandr adını verir. Bununlada Stalinin “sibirli oğlu” dünyaya göz açır. Sonralar Lidiya Stalini I Dünya Müharibəsində həlak olmuş hesab edir, çünki o dövrdə sürgündən qaçanların çoxu cəbhəyə qaçır və ya hökumət nümayəndələrinə könüllü olaraq cəbhəyə getmək istəklərini bildirirdilər. Bir müddət sonra Lidiya kənd sakini olan balıqçı Yakov Davıdovla ailə həyatı qurur və körbəyə öz soyadını verir.
Konstantin Kuzakov əsl atasının kim olduğunu çox gözəl bilirdi. Elə Stalində gənç perespektvli partiya işçisinin onun oğlu olduğunu bilirdi. Hətta 1937-ci il represiyası dalğasında Konstantinin ən yaxın dost-yoldaşlarını həbs edərək düşərgələrə salıb öldürüləndə. Konstantinində Lavrenti Beriyanın qara siyahısında adı var idi. Lakin ata Stalinin əmri ilə ona toxunulmur…
Lidiya vəfasız “sevgilisindən” birdə “Böyük Oktyabr” inqilabından sonra xəbər tutur. O da, şəkildən. Stalin sibirli oğlundan xəbərdar, hətta uşağın 4 yaşı olanda, onu götürmək istəyir, lakin alınmır. 1934-cü ildə o, birdə oğluna sahib olmaq üçün cəhd göstərir, amma bu dəfə bu xəbəri alan Aleksandr sibir meşəsinin dərinliklərinə qaçaraq gizlənir.
1938-ci ildə böyük dövlətin ağasının sibirli oğlu orduda xidmətə başlayır. O, sıravi əsgərdən kiçik zabit rütbələrinə qədər yüksəlir, qəhramanlıqlıq, şücaət göstərərək müharibədən üzü ağ çıxır, bir necə orden-medalla təltif olunur. Müharibədən sonra rəhbərin sibirli oğlu ordu qalaraq, xidmətini davam etdirmək üçün Koreyaya göndərilir. Elə ata Stalin məhz bu zaman sonuncu – 3 dəfə sibirli oğlunun axraşına çıxır. Lakin onun axtarışına belə cavab verilir – 1946-cı ildə İttifaq ərazisində belə bir şəxs tapılmadı…!
1950-1953-cü illərdə Koreya müharibəsində də iştirak edir, bəxt sibirli şəhzadənin üzünə gülür və o yenə amansız müharibədən sağ çıxır.
1953-cü il martın 5-də xalqlar atası qəfildən vəfat edir, bu qara bulud Aleksandrın baş üzərində də iz qoyur. Rəhbərin ölümündən sonra qərar verilir, ali təhsili olmayan zabitlər ordudan ixtisar olunsun. 1955-ci ildə sibirli “Stalini” də ordudan ixtisar edirlər. O, böyüdüyü doğma yurduna qayıdaraq zəhmətkeş sovet vətəndaşlaşı müxtəlif işlərdə çalışır. Aleksandr hələ müharibə dövründə Evdokiya adlı bir qızla ailə həyatı qurmuş, onların 1941-ci ildə Edik, 1946-cı ildə Valeri(körpəliyində ölüb), nəhayət Pxenyanda 1948-ci ildə Yuri adlı oğulları dünyaya gəlib. Rəhbərin sibirli
Lidiya Pereprıgina. Onun 14 yaşı olanda Stalinə vurulur. Ondan iki oğlan uşağı dünyaya gətirir. Stalin gələcəkdə onunla evlənəcəyinə söz versədə, sözünü tutmayaraq, qaçır və özünü yenidən inqilaba həsr edir. Lidiya isə Aleksandr adında ikinci oğlunu dünyaya gətirir.
ailəsinin üzvlərindən, Lidiya 1987-ci ildə, Aleksandr 1997-ci ildə vəfat ediblər. Onun böyük oğluda vəfat edib. Stalinin birbaşa varislərində nəvəsi Yuri qalıb. Onunda 3 nəvəsi var. Hal-hazırda elə öz doğma yurdunda yaşayır və mühəndis kimi çalışır.
araz.az xəbər portalı.