Azadlıq Radiosu Gürcüstanın Marneuli rayonunun Sofi kəndindən reportaj hazırlayıb. Bu kəndi yerlilər Zob adlandırır.
araz.az xəbər verir ki, reportajda bu kənddə azərbaycanlılarla ermənilərin birgə yaşadığı vurğulanır. Burada yaşayan azərbaycanlılarla ermənilər mehriban qonşuluq edirlər, bir yerdə işləyirlər.
Kənd sakini Sofi bildirib ki, burada iki millət arasında ədavət yoxdur, bir birimizə hörmət edirik.
Kəndin erməni sakini 86 yaşlı Etiri bildirib ki, dostlarının çoxu azərbaycanlılardır.
araz.az xəbər portalı.