İnsanların qol biləklərində iki və ya dörd paralel xətt olur. Bu xətlərin  hər birisinin öz anlamı var.

araz.az  xarici mediya istinadən həmin xətlərin nə anlama gəlməsi barədə məlumat verir.

Birinci xətt sağlamlığımızın göstəricisidir. Əgər bu xətt bütöv deyil, üzərində boşluq və adacıqlar varsa, deməli sağlamlıqda problem var. Bu xətt, ümumiyyətlə, görünmürsə və ya yalnız biləyi qatladıqda üzə çıxırsa, cinsi problemlərdən xəbər verir.

İkinci xətt zənginlik və xoşbəxtlik mənasını verir. Bu xəttin çox düz olması xoşbəxt həyatın xəbərçisidir.

Üçüncü xətt insanın karyerası barədə məlumat verir. Dərin üçüncü  xətt həmin adamın cəmiyyətdə nüfuz sahibi olmasının göstəricisidir.

Dördüncü xətt isə uzun həyatı təmsil edir. Bu xətt adətən insanlarda 60 yaşdan sonra peyda olur.

araz.az xəbər portalı.