Avropa Parlamentinin deputatı Yaromir Ştenin növbəti dəfə beynəlxalq hüquq normalarını və Azərbaycanın dövlət sərhədini pozaraq erməni işğalı altındakı torpaqlarımıza ayaq basıb.
Moderator.az xəbər verir ki, üzdəniraq avropalı deputat Xankəndindəki qondarma rejimin “xarici işlər naziri” hesab edilən “Masis Mailyan” ad-soyadlı məxluq tərəfindən qəbul edilib. Görüşdə Avropa İttifaqı ilə separatçı rejim arasındakı müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi yolu ilə rejimin “beynəlxalq izolyasiya”dan çıxarılmasına şərait yaratmaqdan bəhs edilib.
M.Mailyan Y. Şteninə 2019-cu ilin mayında Avropa parlamentinə keçiriləcək seçkilərdə uğurlar arzulayıb.
Xatırladaq ki, 2017-ci ilin fevralında Avropa parlamentinin çexiyalı deputatı Yaromir Ştenin lüksemburqlu digər həmkarı Frank Engellə birgə qondarma “DQR”-də keçirilən qanunsuz “referendum”da müşahidə missiyası ilə iştirak ediblər. Yalnız onlar geriyə dönüb Ermənistan və öz ölkələrinin televiziyalarında separatçı erməni rejiminə və onun keçirdiyi “seçkilər”ə tərif yağdırdıqdan sonra Azərbaycan XİN-in mətbuat xidməti buna həmişəki kimi sərt(!) reaksiya vermişdi…
Sultan Laçın
araz.az xəbər portalı.