Ədliyyə Nazirliyi tərəfindən seçkilərlə bağlı çox mütərəqqi layihə tətbiq ediləcək.
araz.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, layihə imkan verəcək ki, səsvermə günü belə kimsə dünyasını dəyişsə, bilək.
M.Pənahov vurğulayıb ki, seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir.
“Amma yeni layihə ilə biz səsvermə günü də kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”, – deyə o əlavə edib.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək
araz.az xəbər portalı.