“Azərbaycan abituriyenti qədər dünyanın heç bir ölkəsində əziyyət çəkən abituriyent yoxdur”

 araz.az  xəbər verir ki, bu fikiri təhsil eksperti Elçin Əfəndi qeyd edib.

 E.Əfəndi söyləyib ki,  II ixtisas qrupunda ümumi tarix fənnini çıxartmaq lazımdır:

 “Xüsusilə də ümumi tarix, kimya və s. Ümumi tarix dərsliyində verilən informasiyalar bir çox mövzularda xaotik səciyyə daşıyır. Tarix fənn müəllimləri haqlı olaraq etiraza başlayıblar. Çünki bir dərslikdə verilən informasiya digərində yoxdur. Abituriyent isə əlacsızlıqdan öyrənməlidir. Çünki qəbulda düşə bilər. II və III ixtisas qrupunda hazırlaşan abituriyentlər rəsmən istismar olunur. Təkcə tarix dərslikləri 12 addadır. Ümumilikdə 6-7 fənn üzrə hazırlıq keçirlər.  Aylıq hazırlıq qiyməti minimal 250, maximum 1000 AZN təşkil edir.

Ekspert bildirib ki, dərsliklərin bəziləri bərbad haldadır:

“Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları artıq bu qrupda yer almır.  Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi bu məsələni  nəzərə almalıdır. Çünki bütün dərsliklərin yenidən, şəffaf və düzgün hazırlanmasına ehtiyac var.

Bundan əlavə qəbul imtahanlarının modeli, formatı dəyişməlidir. Fənlərin sayı minimallaşdırılmalıdır. Müəllimlərin əziyyətinə, şagirdlərin və valideynlərin istismarına son verməyin zamanı çoxdan keçib. Aidiyyatı qurumlar mütləq nəzərə almalıdır”.

araz.az xəbər portalı.