“Mədəni-tarixi abidələrimizin baxımsız vəziyyətdə olanları da var ki, bu da bir çox səbəblərə görədir.
araz.az APA-ya istinadən bildirir ki, ərazi şəraiti, yaxud kiminsə fərdi sahəsində olması və digər bu kimi amillər, şübhəsiz, həmin abidələrin mühafizəsinə əngəl törədir”.
Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Mədəni İrs” Forumunda panel müzakirədə çıxışı zamanı deyib.
“Bundan əlavə, düzgün bərpa olunmayan abidələr də var. Məsələn, Naxçıvanda bərpa adı altında həyata keçirilmiş işlər abidələrin həqiqi simasının itirilməsinə gətirib çıxarmışdı”, – o qeyd edib.
araz.az xəbər portalı.