– Bitkinin halen preparatları spazmolitik və sidikqovucu təsir göstərir.
– Həmin preparatlar böyrək ləyənləri və sidik axarlarının tonusunu azaldaraq əzələlərin peristaltik yığılmalarını gücləndirir. Bununla da böyrək daşlarının sidikçıxarıcı yollarda hərəkətini təmin edir.
– Elmi təbabətdə boyaqotunun kök və kökümsovlarından əldə edilən quru ekstrat spazmolitik, dieretik və litolotik kimi istifadə edilir.
– Homeopatiyada isə o, anemiya, amenoreya, dalaq xəstəliklərində tətbiq olunur.
– Tibet təbabətində boyaqotu angina, difteriya, hind təbabətində amenoreya, anuriya, türkmən təbabətində yaddaş pozğunluğunda, Koreya təbabətində isə ürəyin qapaq çatışmazlığında geniş istifadə edilir.
– Boyaqotu dəri xərçəngi zamanı istifadə olunmaq üçün də faydalı vasitədir.
araz.az xəbər portalı.