eldar ezizov yeniİyul ayının 1-da prezident İlham Əliyev cənablarının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilən Eldar Əzizovun qurumda apardığı kadr islahatları davam etməkdədir.

Hazırda Bakı Şəhər İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Eldar Əzizovun vəzifədən kənarlaşdırdıqlarının əksəriyyətinin adı korrupsiyada hallanan şəxslərdir.

Həmin şəxslər barədə zaman-zaman müxtəlif media qurumlarında da mütəmadi neqativ xarakterli informasiyalar dərc edilib. Buna misal kimi isə oktyabr ayının 4-də adı bir sıra qalmaqallarda hallanan, qızına etdiyi 400 minlik toy ilə mətbuatın gündəminə gələn məmur — Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu göstərə bilərik.

Qlobal.az xəbər verir ki, Azfakt.com saytının yazdığına görə Eldar Əzizovun vəzifədən uzaqlaşdırılacağı növbəti şəxs iş adamları arasında BŞİH-in “makleri” kimi tanınan hacı Ramiz olacaq. (http://azfakt.com/meriyan_n__makleri__hac__ramiz_mesuliyyete_celb_olunacaq_-64329-xeber.html)

Sayt yazır: “Paytaxt meriyasında qanunsuz tikintilərə verilmiş icazə işi ilə məşğul olanlardan biri də Hacı Ramiz adlı şəxsdir. Məhz rüşvət sayəsində paytaxtın müxtəlif rayonlarında obyekt və ev tikintisinə icazə işini qeyri-rəsmi şəkildə həyata keçirən və Hacıbala Abutalıbovun “makleri” kimi tanınan Hacı Ramiz uzun illər boyu Bakıda torpaq alverində “kilid adam” olub.

Bir il öncə mətbuatın yazdığına görə “makler” Hacı Ramiz son 8 ildə Bakı şəhər İcra Hakimiyyətinin əli ilə mindən artıq ev və obyektin tikintisində “makler”lik edərək həm Hacıbala Abutalıbova, onun yaxın ətrafına, həm də özünə külli miqdarda qazanclar gətirə bilib.

Məlumatlarda həmçinin qeyd edilirdi ki, Abutalıbovun və BŞİH-nin əlaqədar qurumlarının verdiyi icazə sənədi üçün Hacı Ramizin maklerkik işindən özünə çatacaq gəlir 2000 min manatdan 50 min manata qədər, hətta şəhər mərkəzindəki obyektlər üçün isə 100-150 min manat qədər hesab aldığı deyilir. Bildirilirdi ki, icra hakimiyyətinə çatdırdığı rüşvətlərdən aldığı faizlər hesabına “makler” Hacı Ramiz adlı şəxs milyonçu oliqarxa çevrilib.

Qanunsuz tikililərlə bağlı araşdırmalardan hazırda narahat olanlar çoxdur və bu narahat olanların böyük əksəriyyəti Hacıbala Abutalıbovun “torpaq bazarında” çalışan məmurlardır. Bütün sənədlərədə də həmin vəzifəli şəxslərin imzası durur. Bu isə onların məsuliyyətə cəlb olunması üçün yetərlidir.

Bakının “torpaq bazarkomu” Hacı Ramizin məsuliyyətə cəlb olunması halında paytaxın “torpaq və tikinti bazarındakı”nun bütün neqativ bilgiləri ortaya çıxara bilər. Bildirilir ki, Hacı Ramizin “yanması” ilə paralel olaraq BŞİH-nin yükək ranqlı məmurlarıda “yana” bilər. Çünki qanunsuz torpaq satan şəbəkənin başında məhz Hacı Ramizlə bu şəbəkə dururdu.

Məsələ ilə bağlı AzFakt.com-a verilən məlumatda vurğulanır ki, artıq Bakı şəhər İcra Hakimiyyətində yaradılan komisiya makler Hacı Ramizin “işləri ilə” araşdırmaya başlayıb. Çünki bütün qanunsuz verilən sənədlərin altından məhz onun adı çıxır.

Qeyd edək ki, Bakıda aparılan qanunsuz tikililər nəticəsində təkcə yaşıllıqlara böyük ziyan vurulmayıb. Həmçinin Bakı şəhərinin kanalzasiya sisteminə də böyük ziyan vurulub”.

/Qlobal.az/

araz.az xəbər portalı.