İslandiyada 24 saat ərzində 1000 zəlzələ baş verib. Mütəxəssislərin xəbərdarlıqlarından sonra Reykyavikdə vulkan püskürüb.
araz.az bildirir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, vulkan yerli vaxtla saat 22:17-də Qrindavik şəhərinin şimalında baş verib.
Məlumata görə, bölgədən 4 min insan təhlükə səbəbilə təxliyyə edilib.
Fövqəladə vəziyyət elan edildikdən sonra, Qrindavik şəhərinə gedən bütün yollar bağlanıb və insanların küçələrdə dolaşması qadağan edilib.
Sosial mediada yayımlanan foto və videolarda vulkanın bölgədə zəlzələ və ya seysmik hadisələrdən cəmi bir saat sonra püskürdüyü göstərilir.




araz.az xəbər portalı.