Hadisəni törətdikdən sonra Mübariz Mehdiyev özünü öldürüb”.

araz.az bildirir ki, bu sözləri Hacıqabul rayonu polis bölməsinin sahə inspektoru, kapitan Ramiz Əliyev deyib. Onun sözlərinə görə, silahlı insident törədən Mübariz Mehdiyev 4 nəfəri odlu silahla qətlə yetirib, Bir nəfəri yaraladıqdan sonra hadisə yerində özünü də öldürüb.

***

 

Qeyd edək ki, Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.

Hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində Hacıqabul şəhər sakini, 1958-ci il təvəllüdlü Qəmbərova Almara ölüb, Qəmbərov Məhəmməd yaralanıb. İnsident nəticəsində ölənlərin sayının artması ehtimal edilir. Hadisəni törədən şəxsin polis tərəfindən güllələnərək öldürüldüyü bildirilir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.

Hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Foto və Video Reporta məxsusdur:

araz.az xəbər portalı.