Afrika ölkəsi Zimbabve 81 nəfərin edamı üçün cəllad axtarır.
Qaynarinfo CNNTurk-ə istinadən xəbər verir ki, ölkədə sonuncu cəllad 2006-cı ildə təqaüdə çıxıb. Rəsmi cəllad olmadığı üçün həmin şəxslərin edamı 2005-ci ildən bəri təxirə salınır. Ədliyyə nazirliyi tərəfindən elan edilən vakansiyaya 50 nəfər müraciət etsə də, həmin şəxslər bu vəzifəyə uyğun hesab edilməyib.
Zimbabvedə edam əsasən asılaraq həyata keçirilib. Yaşı 21-dən az və 70-dən çox olanların edam edilməsi qadağandır.
Bildirilir ki, əhalinin 80%-i edamın ləğvinin tərəfdarıdır.
Gülşən
araz.az xəbər portalı.