…2019-cu ildə yaxın dostum Nazim Tahirovla Türkiyənin kayseri şəhərində Xocalı abidəsinin açılış mərasimində iştirak edirdik… Yüksək səviyyədə və dövlət rəsmilərinin də iştirak etdiyi tədbir başa çatdı… Bakıya birbaşa təyyarə reysi olmadığından Kayseri-İstanbul-Bakı reysi ilə qayıtmalı olduq. Amma istanbulda eniş etdik, Bakıya uçuş 8 saatdan sonra idi deyə, aeroporta yaxın rayondakı otellərin birində yer götürdük, dincəlməyə başladıq. Nazim müəllim dedi ki, şəhərə çıxıb nahar edərək qayıdaq dincələk… Balıq bazarına getdik. Restoran da gözəl… Administratora dedik ki, bizə ən bahalı və yeməli balıqdan bişir… Sifariş verildi, dedik qablaşdır, yanına da bir viski qoy. Restoranın şefi dedi ki, yox, olmaz. Dedim niyə? Dedi, viski versək paramızın bərəkəti qaçar… Dedim, zalım oğlu, araq və ya viski pulun bərəkətini qaçırsaydı, Rusiya, Belorus, Ukrayna… gərək çoxdan “bankrot” olaydı… Güldü və bizi bir dükana apardı, araq aldırıb verdi…
***
Sözümün mənası var: jurnalist Əlibəy Zeynallı özünün fb səhifəsində yazır: “Hacıqabulda “QədirXum” restoranında spirtli içiki vermirlər, amma tək 2 şiş hinduşkaya 30 manat alırlar. Kababın üstünə səpilən soğan və göyərti qarışığının qiyməti belə ayrı hesablanır (3 manat). Hesaba baxın 40 man 90 qəpik. Spirtli versəniz bundan yaxşıdı. Soyğunçuluqdu. 4 manata şorabadan üfunət iyi gəlirdi. Din pərdəsi altında nələr etmirsiniz? Bu restoran, çekdə “Qarabağ Azərbaycandır” yazmaqla rişxənd edir. Belə qiymətlərlə xidmət göstərən restoran müşətrilərini başqa nə cür ələ salmalı, hansı formada qıcıqlandırmalıdır. Çeklərin üzərində o ifadə bundan sonra niyə yazılmalıdır ki?!”
 Bəli, ayıb olan fəaliyyətdir. Belə çıxır ki, o şiş hesabı ilə bir hinduşka 150 manata satılmalıdır…
A.Məmmədli
qedirxum-1

araz.az xəbər portalı.