Cari ilin son fəsil dəyişməsi hadisəsi olacaq, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayacaq.

Bu barədə araz.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, qış fəsli Şimal yarımkürəsinə 22 dekabr saat 07:27-də daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Sabah gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Qeyd edilib ki, Şimal yarımkürəsində qış fəsli növbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.

araz.az xəbər portalı.