1539869085_untitled-1-recovered-recovered.jpgPrezident İlham Əliyevin sərəncamı ilə Vaqif Abdullayev Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hazırda bu vəzifəyə təyinat olmasa da, sosial şəbəkələrdə bu vəzifəyə gələcək şəxslərlə bağlı müxtəlif məlumatlar yayılır. Belə məlumatlardan biri də Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Beyləqana dəyişdiriləcəyi ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, azxeber.com yayılan informasiyaya aydınlıq gətirmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin özü ilə əlaqə saxlayıb.

Portalımıza açıqlamasında Əhəd Abıyev bildirib ki, bu barədə yayılan informasiyalar əsassızdır: “Qələt edən bunu deyən, bunu paylaşan. Görünür kimlərsə falabaxanlıqla məşğuldur. Mən hazırda Daşkəsən rayonunun icra başçısıyam. Rayonda quruculuq işləri davam edir. Yeni kompleks istifadəyə veriləcək. Hər şey qaydasındadır. İşləyirəm”.

Xatırladaq ki, Əhəd Abıyev 1995-2010-cu illərdə Milli Məslisin deputatı olub. Doğulub boya-başa çatdığı Masallı seçicilərini parlamentdə təmsil edən Ə.Abıyev sonradan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

araz.az xəbər portalı.