Nazirlər Kabineti “Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları”nı təsdiq edib.
araz.az bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qaydalar ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında, dəmiryol stansiyalarında, sərnişin platformalarında, dəmiryol hərəkət tərkiblərində, həmçinin dəmiryol nəqliyyatının qatarların hərəkəti və manevr işləri ilə əlaqəli olan digər obyektlərində vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarını müəyyən edir, fiziki şəxslərə, o cümlədən dəmiryol nəqliyyatı xidmətlərindən istifadə edən sərnişinlərə, habelə fəaliyyətləri dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında obyektlərin yerləşdirilməsi və işlərin aparılması ilə əlaqəli olan fərdi sahibkarlara və hüquqi şəxslərə şamil edilir.
Qaydalarda nəzərdə tutulmuş tələblər dəmiryol nəqliyyatı infrastrukturu obyektlərində, “Azərbaycan Dəmir Yolları” QSC-nin internet səhifəsində, habelə məqsədəuyğun hesab edilən digər əlçatan və oxunması mümkün olan yerlərdə yerləşdirilir.
Qərara əsasən, yüksək təhlükəli zonalarda olan vətəndaşlar tərəfindən dəmir yolunu keçərkən mobil telefondan və (və ya) qulaqcıqdan istifadə etmək, dəmiryol relslərinin üzərində olmaq (oturmaq, hərəkət etmək və s.), tiyə və rama relsi arasında dayanma hərəkətlərinə yol verilməməlidir.
araz.az xəbər portalı.