Bir neçə aydan sonra Ağdamda “İmarət” stadionunun yenidən inşasına başlanılacaq. Bunu Prezident İlham Əliyev deyib.

Əliyev vurğulayıb ki, başqa şəhərlər kimi Ağdam da yenidən qurulur.

“Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır, – Prezident dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə baş tutacaq “Qarabağ” – MOİK oyununu stadiondan izləyir.

Oyun Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

araz.az xəbər portalı.