“Un kralı”nın pilot layihəsi “reyder” layihəsinə çevrilib
Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımov sakinləri zorla yaşadıqları evlərdən çıxarır.
Söhbət Əsabil Qasımova məxsus tikinti şirkətinin Zorge bağının yanında həyata keçirmək istədiyi pilot layihədən gedir.
Sakinlərin pia.az-a verdikləri məlumata görə, öz şərtlərini əhaliyə məcburi qaydada diktə edən Qasımov heç kimin gözünün yaşına baxmadan evləri tərk etmələri barədə ultimatum verib.
İlk olaraq sakinlərə 2 il müddətində yeni mənzillərlə təmin ediləcəkləri barədə söz veilsə də, əksər mənzil sahibləri bunu qəbul etməyib. Çünki bu layihənin iki il müddətində reallaşması sakinlərə heç də inandırıcı görünməyib.
Layihənin iki müddətində reallaşdırılmasının mümkünsüz olduğunu bilən mülk sahibləri etiraz etsələr də, Əsabil Qasımovun emissarları tərəfindən təhdid edilərək evlərini tərk etmələri tələb olunub.
Xatırladaq ki, bundan əvvəl də Əsabil Qasımovun belə yollara baş vurması müşahidə olunub. Hazırda sözü gedən ərazidə sakinlərlə Əsabil Qasımovun arasında gərginlik artmaqdadır. Deputatın bizneslə məşğul olması da ayır bir qanun pozuntusudur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
/www.medianews.az/
araz.az xəbər portalı.