“Qarabağ problemi – qaynar nöqtə artıq 30 ildir tüstülənir. Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri – hər yerdə oxşar problemlər var. Yalnız bir həll yolu var – milli sərhədlərin saxlanılması şərtilə Rusiya ilə federasiya şəklində birləşmə. Mən bütün keçmiş SSRİ ölkələri haqda danışıram. Əlbəttə, yalnız könüllü əsasda, referendumlar vasitəsilə. Biz belə fikir ayrılıqlarını yalnız vahid dövlət çərçivəsində aradan qaldıra biləcəyik, orada incikliklər üçün əsaslar olmayacaq ki, kimsə başqasının torpağını tutdu – o, tam bizim olacaq – ümumi”.
Araz.az bildirir ki, bunu Rusiya prezidentliyinə namizəd, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Hər şey Rusiya üçün” nəşrinə müsahibəsində bildirib.
Jirinovskinin sözlərinə görə, Azərbaycana Rusiya ilə əməkdaşlıq etmək daha əlverişlidir, nəinki uzaq Avropa ilə: “Bu cür ittifaq çərçivəsində biz Rusiyada istehsal edilməsi çətin olan bütün cənub mallarını almağa hazırıq, əvəzində isə hərbi və mülki texnologiyalarımızı, energetikanı ixrac edəcəyik”.
Rusiyalı siyasətşi bildirib ki, Moskva hər zaman Bakının siyasətinmi dəstəkləyib və ağır zamanıarda ona yardım edib: “Bizi müdafiə və iqtisadi layihələr birləşdirir. Hesab edirik ki, bunu Azərbaycanda dərk edirlər. Bir neçə dəfə Azərbaycanda olmuşam və həm keçmiş, həm də hazırkı prezidentlə şəxsən tanışam. Bizim üçün əla və çox vacib ölkədir”. Virtualaz.org
araz.az xəbər portalı.