“Avropalılar Qərbi Azərbaycan həqiqətləri haqqında çox az məlumatlıdır”.

araz.az   xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

Onun fikrincə, bu il ərzində Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə xeyli dərəcədə çatdırmağa nail olublar:

“Qarşıdan gələn ildə də bu istiqamətdə işlər davam etdiriləcək. Çünki qarşımızda çox böyük vəzifələr durur. Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində çox işlər görmək lazımdır. Avropalılar Qərbi Azərbaycan həqiqətləri haqqında çox az məlumatlıdır. Bu baxımdan gələcəkdə xarici ölkələrdəki səfirliklər, nümayəndələr və təşkilatlarla nə cür işləməli olduğumuzu da planlaşdırmışıq”.

araz.az xəbər portalı.