Dekabrın 23-də Qərbi Azərbaycan İcmasında Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Flora Fətula qızı Xəlilovaya “Şöhrət” ordeni təqdim edilib.

Xatırladaq ki, Flora Xəlilova Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ali ordenlə təltif olunub.

araz.az  xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev 70 illik yubileyi və respublikamızın yüksək təltifinə layiq görülməsi münasibətilə Flora Xəlilovaya təbriklərini çatdırıb.

Flora Xəlilova çıxış edərək, göstərilən diqqətə və əməyinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra Adminstrasiyanın şöbə müdiri “Şöhrət” ordeninin nişanını və vəsiqəsini Flora Xəlilovaya təqdim edib, xatirə şəkli çəkdirilib.

araz.az xəbər portalı.