Türkiyədə məşhur müğənni Atilla Taş və həyat yoldaşı həbs edilib.

araz.az   Türkiyə mediasına istinadən xəbər verir ki, o, Beşiktaşdakı barda baş verən insidentdən sonra polisə müqavimət göstərdiyi üçün saxlanılıb.

Onun həyat yoldaşı məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Məlumata görə, Taş və həyat yoldaşı sərxoş olduqları və içəridəkiləri narahat etdikləri üçün Beşiktaşda əyləndikləri bardan çıxarmaq istənilib. Müğənni işçilərlə dava edib, hadisə yerinə gələn polisə isə müqavimət göstərib.

Beşiktaş Polis İdarəsinə aparılan Atilla Taş hüquqi prosedurlardan sonra məhkəməyə çıxarılıb və həbs edilib.

 

 

araz.az xəbər portalı.