Qarabağ iqtisadi rayonunun tərkibi genişləndirilib.
araz.az xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, yeni yaradılan Ağdərə rayonu Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.
Qeyd edək ki, Qarabağ İqtisadi rayonunun tərkibinə indiyə qədər Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil idi.
araz.az xəbər portalı.