Bu ilin oktyabr ayının 23-də “Zəngəzur Dəhlizi” MMC (VÖEN – 300968991) adlı yeni şirkət dövlət qeydiyyatına alınıb.
araz.az xəbər verir ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Əlirzayev Səfər Cəfərəli oğludur.
Şirkətin hüquqi ünvanı Babək rayonunun Nehrəm qəsəbəsində yerləşir.
Məlumat üçün bildirək ki, əslən Nehrəm kəndindən olan Səfər Əlirzayev 2001-ci ildə dövlət qeydiyyatına alınan “Azərbaycanın Təmiz Texnologiyaları” ASC-nin təsisçisi və qanuni təmsilçisidir. Bundan başqa qanuni təmsilçisi Tofiq Fərzullayev olan və 2002-ci ildə dövlət qeydiyyatına alınan “Azərbaycanın Təmiz Texnologiyaları” MMC-nin də təsisçisinin Səfər Əlirzayev olduğu bildirilir.
Hazırda dövlət büdcəsinə (28 dekabr 2023-cü il tarixinə) 49 min 303 manat 31 qəpik vergi borcu olan “Azərbaycanın Təmiz Texnologiyaları” MMC 20 ilə yaxın bir müddətdə Xəzər dənizi hövzəsində fəaliyyət göstərən gəmilərə tullantıların utilizasiyası xidmətlərini göstərib. Bir neçə il əvvəl SOCAR və “Xəzər Dəniz Gəmiçiliyi” QSC MMC ilə əməkdaşlığı dayandırıb. MMC-nin təsisçisi Səfər Əlirzayev 2020-ci ildə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyevi cinayət əməlləri törətməkdə ittiham edib.
Bundan başqa dövlət qurumlarının “Azərbaycanın Təmiz Texnologiyaları” MMC ilə əməkdaşlıqdan imtina etməsinə etiraz olaraq bir qrup Nehrəm kənd sakini də Prezidentə müraciət edib.
araz.az xəbər portalı.