Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə bir sıra şəhər və rayonlarda mənzillər veriləcək.

araz.az  Ölkə.az-a istinadən bildirir ki, bu barədə İqtisadiyyat.az Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən məlumat əldə edib.

Nazirlik tərəfindən bu məqsədlə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin alınmasına başlanılıb.

Artıq Ağsu və Göygöl rayonu üzrə alınacaq mənzillər müəyyənləşib.

araz.az xəbər portalı.