qosqar-Haciyev.jpg2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan “N” saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Hacıyev Qoşqar Zahid oğlunun vəziyyəti ağır olaraq qalır. Yeniavaz.com xəbər verir ki, qazimizin qardaş ölkədə müalicəsi üçün iş adamı Mübariz Mənsimov Türkiyədən şəxsi təyyarəsini göndərmək istəyib.

Bu barədə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı sosial şəbəkədəki səhifəsində bildirib: “Qoşqar Hacıyevin Türkiyəyə yola salınması üçün xüsusi ixtisaslaşdırılmış təyyarəyə ehtiyac yaranmışdı. Bunu eşidən Azərbaycanlı iş adamı Mübariz Mənsimov xəbər yolladı ki, belə təyyarə göndərməyə hazırdır .Mübariz bəyə minnətdarlığını bildiririk, var olun, vətənin sizin kimi övladları sağ olsunlar”.
M. Əsgərqızı onu da qeyd edib ki, Qoşqar Hacıyevi Türkiyədə müalicəyə göndərmək üçün dövlət tərəfindən hər bir addım atılıb: “Lakin qanımızı qaraldan o idi ki, Qoşqarı müalicə edən həkim orada daha işləmir. Bu vəziyyəti çətinləşdirirdi. Çünki yeni həkim xəstəsini öyrənməli idi. Allahın böyüklüyünə şükür, xəbər gəldi ki, həmin həkim Bakıda işləyir! Qoşqar möcüzə nəticəsində sağ qalıb. O həkimin Bakıda olması da möcüzədir. Şükür sənə, İlahi”.
Qeyd edək ki, Qoşqar Hacıyev 1986-cı ildə doğulub, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

araz.az xəbər portalı.