Nizamanmə kapitalı 1 AZN olan “LEADS GROUP SUPPLY” MMC-ni Qazax Rayon İcra Hakimiyyəti elan etdiyi iki tenderdə qalib etməsi barədə xəbər vermişdik.

araz.az   xəbər verir ki, sözügedən MMC bu dəfə Mingəçevir Şəhər İşiqlanma İdarəsinin tenderinin qalibi olub.
Belə ki, idarənin 2023-cü il ərzində mövcud işıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal – materialların satınalınması ilə bğlı elan etdiyi tenderdə “LEADS GROUP SUPPLY” MMC qalib olub və tərəflər arasında 54.918,62 AZN-lik müqavilə imalanacağı gözlənilir.
Tenderə əsasən idarə Lampa (civə-buxar),Kompakt (led) lampa, Elektroavtomat, elektrik, Kabel AVVQ, Müxtəlif rəngli boyalar, izolent, İmpulslu alışdırıcı, və.s ilə təmin olunmalıdır.
Bildirək ki, tenderin qalibi olan “LEADS GROUP SUPPLY” MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur. Şirkətin nizamnamə kapitalı isə cəmi 1 AZN-dir.
Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mingəçevir Şəhər İşiqlanma İdarəsinin rəisi isə Azəri İsmayılovdur.

araz.az xəbər portalı.