Ekologiya və təbii tərvətlər naziri Muxtar Babayevin tapşırığı ilə məhkəməyə verilmişəm. Görünür, “Aztoday.az” saytında meşələrdəki kütləvi qırıntı faktları ilə bağlı yazdıqlarım naziri hiddətləndirib”.
Onun sözlərinə görə, nazirin tapşırığı ilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov bu dəfə onu xüsusi ittiham qaydasında məhkəməyə verib.
Nazir ekologiyadan yazan baş redaktoru tutdurmaq istəyir. Fürsətdən istifadə edən hakim isə jurnalistdən qisas alır.
araz.az bildirir ki, bunu “Aztoday.az” saytının baş redaktoru Elmidar Əliyev “Arqument.az”a deyib.
Onun sözlərinə görə, nazirin tapşırığı ilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov bu dəfə onu xüsusi ittiham qaydasında məhkəməyə verib.
Noyabrın 27-də Lerik Rayon Məhkəməsi qərarı çıxarıb ki, Elmidar Əliyev ekologiya ilə bağlı yazılan məqalələri təkzib etsin. Bununla yanaşı, jurnalist 1500 manat da cərimələnib.
“Halbuki yazılan məqalələrin hər birində foto və video faktlar əksini tapmaqla bərabər, şahid ifadələri də var. Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyov hansısa şəxsi maraqları nəzərə alıb, məhkəməni ədalətli keçirmədi, şahidlərin məhkəməyə gəlib ifadə verməsinə imkan tanımadı”, – deyir baş redaktor.
Elmidar Əliyev bildirib ki, hakim Atabəy Kiçibəyov ona qarşı qərəzlidir: “Səbəb isə odur ki, Atabəy Kiçibəyovun korrupsiya əməlləri ilə bağlı əsaslı şübhələrimi dəfələrlə mediada işıqlandırmışam və bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciətlər göndərmişəm. Təkcə bir faktı qeyd edim ki, Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun 4 nəfərin yaşının artırılması barədə çıxardığı qərarların Apelyasiya Məhkəməsi tərəfindən ləğv olunması barədə xəbər ilk dəfə Aztoday.az saytında yayımlanıb. Həmçinin Atabəy Kiçibəyovun çıxardığı əsassız qərarları ilə bağlı şikayət verib, növbəti məhkəmə instansiyalarında ləğvinə nail olmuşam”.
“Lerik Rayon Məhkəməsinin çıxardığı qərardan növbəti ilin ilk iş günlərində apelyasiya şikayəti veriləcək. Apelyasiya məhkəməsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin şahid kimi dindirilməsi tələb olunmaqla yanaşı, direktorun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsi tələb oluncaq”, – deyə baş redaktor qeyd edib.
Baş redaktor deyir ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kütləvi ağac qırıntıları ilə yanaşı, meşə ərazisinin ayrı-ayrı iş adamlarına və fərdi şəxslərə satılması faktları da mövcuddur:
“Bu ilin avqust ayında hüquq-mühafizə orqanları mərkəzdə əməliyyat keçirib. Bütün bu məqamlar ilk dəfə Aztoday.az saytında yayımlanıb. Buna görə, nazir Muxtar Babayev və müavini Vüqar Kərimov meşələrdə baş verən ekoloji cinayətləri ictimailəşdirən saytı susdurmaq və məni həbs etdirmək istəyir…”
araz.az xəbər portalı.