Myanmanın Arakan əyalətində müsəlmanlara yönəlik qətliamın miqyasını gözlər önünə sərən 5 yeni kütləvi məzarlıq tapılıb.
Araz.az-ın məlumatına görə, Associated Press agentliyi həmin məzarlıqların yerini göstərən peyk fotolarını yayımlayıb.
Agentlik xəbər verir ki, Arakanın şimalında yerləşən Gu Dar Pyin kəndində ən az 5 kütləvi məzarlıq aşkarlanıb.
Peyk görüntülərində Myanmar ordusunun kəndə giriş-çıxışları bağladığı və evlərin tamamilə yandırıldığı görünür.
Qətliamdan xilas olan müsəlmanların sözlərinə görə, kütləvi məzarlıqda təxminən 400 müsəlmanın meyiti var. Onların əksəriyyəti diri-diri basdırılıb.
Kütləvi məzarlıqda azyaşlı uşaqların da cəsədlərinin olduğu bildirilir.
BAKU.WS
araz.az xəbər portalı.