“Forbes”in siyahısında olan 21 milyarder 2023-cü ildə vəfat edib.

araz.az  xəbər verir ki, ABŞ nəşri onların yarısının yaşının 90-dan yuxarı olduğunu bildirib.

Ölən milyarderlərin orta yaşı 85-dir. Onlardan 9-u ABŞ, 3-ü Hindistan, 2-si Malayziya vətəndaşı olub.

Siyahıda ən yaşlı milyarderlərin 99 yaşı var. Onlar aprelin 12-də vəfat edən hindistanlı iş adamı Keşub Maxindra və noyabrda həyatını itirən “Berkshire Hathaway” (ABŞ) prezidentinin müavini Çarli Manqerdir.

Siyahıda bir qadın var: Çinin “WuXi AppTec” əczaçılıq şirkətinin həmtəsisçisi Çao Nin. O, 56 yaşında xərçənglə mübarizədən qalib ayrılmayıb. Son bir ildə ölən sonuncu milyarder avstriyalı mühəndis və “Qlok” tapançasının ixtiraçısı Qaston Qlokdur.

Vəfat edəndə onun 94 yaşı vardı.

araz.az xəbər portalı.