Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb.
“Report” “NTV” televiziyasına istinadən xəbər verir ki, fərari hərbçi qaçan zaman özü ilə “G3” markalı tüfəngini də götürüb.
Hələlik kimliyi açıqlanmayan silahlı hərbçi daha sonra ticarət mərkəzinə gələrək orada işləyənləri girov götürüb.
Hadisənin səbəbi məlum deyil.
Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvəsi cəlb edilib.
araz.az xəbər portalı.