Qan qruplarının insan sağlamlığına böyük təsiri var. Araşdırmalara görə, qan qrupları ilə xəstəliklər arasında əhəmiyyətli bir əlaqə var.
araz.az xəbər verir ki, nəhayət, O qan qrupu olan şəxslərin bəzi xəstəliklərə yoluxma riskinin digər qan qruplarına nisbətən daha az olduğu müəyyən edilib. Bəs, hansı qan qrupu xəstəliklərə daha davamlıdır?
A+, A−, B+, B−, AB+, AB−, O+, O− qan qruplarından hansının daha şanslı olması həmişə maraq doğurub.
Araşdırmanın nəticələrinə görə, xüsusilə xərçəng və bəzi mühüm xəstəliklərlə bağlı O qan qrupunun daha az risk altında olduğu bildirilib. Amerika Milli Sağlamlıq İnstitutundan Dr. Araş Etemadinin rəhbərlik etdiyi araşdırma müəyyən qan qruplarına sahib şəxslərin digər qruplara nisbətən daha çox sağlamlıq riski daşıdığını ortaya qoyub.
Ancaq bu, digər qan qruplarının mütləq xəstəlik riski daşıdığı anlamına gəlmir. Qidalanma və idman vərdişləri kimi faktorlar da xəstəlik riskinə təsir edən mühüm amillər arasındadır. 55 min insanın iştirak etdiyi araşdırma qan qruplarının sağlamlığa təsirinin anlaşılmasında mühüm addım hesab olunur.
Diqqətçəkən araşdırmalar nəticəsində ilk tapıntılar O qan qrupu olmayanların bəzi xəstəliklərdə ölüm nisbətlərinin 9 faiz daha çox olduğunu göstərib.
Etemadi qan qrupunun insan sağlamlığına təsirini daha yaxşı anlamaq üçün bu araşdırmanın əhəmiyyətinə diqqət çəkib.
O, qan qrupu ilə xəstəliklər arasındakı əlaqənin mürəkkəb olduğunu və bu prosesdə sağlamlıqla bağlı bir çox faktorun iştirak etdiyini, mövzunun əlavə araşdırma tələb etdiyini vurğulayıb.
Araşdırma zamanı qan qrupu ilə mədə xərçəngi arasındakı əlaqə də araşdırılıb. Nəticələr göstərib ki, A, B və AB qanı olan insanların mədə xərçənginə tutulma ehtimalı O qan qrupu olanlara nisbətən yüzdə 55 daha çoxdur.
Tədqiqat nəticələrinə əsasən, qan qrupu O olan insanlar havanın çirklənməsi kimi ətraf mühit amillərinə daha davamlıdırlar.
araz.az xəbər portalı.