Bəzən hər hansı zədə və ya ağır işdən sonra bədənimizdə ağrılar hiss edirik.
araz.az bildirir ki, ağrı olduqda da bir çoxumuz dərhal ağrıkəsici dərman içməyə üstünlük veririk. Ancaq dərmana ehtiyac olmadan da ağrını kəsmək yolları var ki, bunlardan biri də indi reseptini təqdim edəcəyimiz ağrıkəsici çaydır. Bu çayın hazırlanması olduqca asandır və heç bir yan təsirləri yoxdur.
Lazım olan məhsullar:
– Darçın – 1 çay qaşığı
– Qara çay – 2 çay qaşığı
– Su – 2 stəkan
– Üyüdülmüş hil – 2 çay qaşığı
– Sarıkök – 2 çay qaşığı
– Zəncəfil – ½ hissə (zəncəfili baş barmağınıza qoyun və barmağınızla ölçərək yarısını kəsin)
– Badam südü – ½ fincan
– Bal – 1 çay qaşığı
Hazırlanması:
1. Xırdalanmış məhsulları qarışdırın. Su əlavə edin və qaynamağa qoyun. 10 dəqiqə ərzində qaynadın. Qara çayı əlavə edin və 2 dəqiqə də qaynadın. Qarışımı süzün və çaya badam südünü əlavə edin. Şirinlik qatmaq üçün sonda bal əlavə edin.
Gün ərzində bu çaydan için. Hansı fasilələrlə istəsəniz, içə bilərsiniz.
araz.az xəbər portalı.