Türkiyə Gəlirlər İdarəsi 2022-ci ildə ölkə daxilində ən çox vergi bəyan edən 100 vergi ödəyicisinin siyahısını açıqlayıb.

araz.az Türkiyə mətbuatına istinadən bildirir ki, siyahıya “Baykar” və “Teknofest” İdarə Heyətinin sədri Səlcuk Bayraktar başçılıq edib və vergi rekordçusu olub. Bayraktar 2022-ci ildə 564 milyon lirə vergi bəyan edib. “Baykar” şirkəti isə 2022-ci ildə müdafiə və aerokosmik sənayedə ümumi ixracatda 25%-dən çox paya malik olub.

Siyahıda 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci yerləri tutan vergi ödəyiciləri adlarının açıqlanmasını istəməyiblər.

Ən çox gəlir vergisi ödəyən üçüncü şəxs isə 200 milyon lirə ilə “Koç Holdinq”in İdarə Heyətinin sədri Mustafa Rahmi Koç olub. Siyahıda Mehmet Sinan Tara 8-ci, İpek Kıraç 9-cu, Mehmet Ömer Koç isə 10-cu pillədə qərarlaşıb.

araz.az xəbər portalı.