Məlum olduğu kimi, 2024-cü ilin 1 yanvar tarixindən etibarən, 2013-cü ilədək istehsal edilmiş avtomobillərin Gürcüstana idxalı məhdudlaşdırılıb.
araz.az xəbər verir ki, bununla bağlı hökumət qərar qəbul edib. Qeyd olunub ki, 2025-ci ilin 1 yanvarından etibarən avtobus və yük maşınları üçün də analoji qadağa tətbiq ediləcək. Bildirilib ki, sözügedən qərar Gürcüstanın Avro 5 standartına keçidi ilə bağlıdır. Bəs yaşı 10 ildən çox olan avtomobilləri hazırda ölkəyə gətirən şəxslərin aqibəti necə olacaq? Bildirilir ki, 2023-cü il dekabrın 1-dən əvvəl konteynerə yüklənmiş, lakin yanvarın 1-dən əvvəl ölkəyə gəlməyən bu yaşda olan avtomobillərə sözügedən qanun şamil edilmir. Məlumat üçün bildirək ki, Gürcüstan avtoparkında 83,5% avtomobillərin istismar müddəti 10 ildən artıqdır, 10 ildən az olan avtomobillərin ümumi parkda payı isə cəmi 16% təşkil edir.
araz.az xəbər portalı.