Bədxassəli şişlərin bölünməsi xəstənin yaşı ilə çox bağlıdır.
araz.az xəbər verir ki, onkoloq Yelizaveta Vasilyevna onkoloji proseslərin inkişafından danışıb.
“Bütün həyatı boyu orqanizmdə DNT və hüceyrə səviyyəsində müxtəlif mutasiyalar baş verir.
Mutasiyalar hüceyrə bölünməsi və hüceyrə ölümü prosesinin pozulmasıdır. İnsan nə qədər yaşlıdırsa, o qədər onda çox mutasiya toplanır, ona görə də 50 yaşdan yuxarı insanlar onkoloji risk qrupuna daxildir.
Yaşlı pasiyentlərdə prostat, süd vəzi, dəri xərçəngi, mədə-bağırsaq şişləri uzun müddət, səssiz və yavaş templə, metastaz vermədən inkişaf edir.
Dəri xərçəngi 10 il eyni ölçüdə qalır, zamanla qaşınır, qızanır, sonra sakitləşir, amma orda şiş prosesi davam edir.
Gənc insanlarda isə xərçəng hüceyrələri az aktiv olur, amma onlarda dinamika sürətlidir, yarandısa sürətlə böyüyür.
Bu xəstələrdə yaxın, uzaq metastazlar da çox olur.
Ona görə illik çek-ap və dispanserizasiya 18 yaşdan olmalıdır. Müəyyən müayinələr zamanı hansısa mərhələdə onkoloji xəstəliyi aşkar etmək mümkün olsun”.
araz.az xəbər portalı.