Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.
araz.az xəbər verir ki, bu barədə COP28-un “X” səhifəsində məlumat yayılıb.
Səhifədə bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un prezidenti Muxtar Babayev və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə işlərində uğurlar arzulanıb:
“Biz COP29 və COP30 prezidentləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə işləməyi səbirsizliklə gözləyirik. COP28-in tarixi uğurunu davam etdirərək 1,5°C-ni əlçatan məsafədə saxlayın”.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək.
araz.az xəbər portalı.