Elektrik mühərrikli avtomobil istehsalçısı Tesla, sürücüyə yardım sistemindəki problemlərə görə Çin bazarında 1,6 milyondan çox elektrik avtomobilini geri çağıracaq.

Marja.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, söhbət idxal olunan Model S, Model X və Model 3, eləcə də Çində konveyerdən çıxan Model 3 və Model Y-dən gedir. Geri çağırılma 26 avqust 2014-cü il və 20 dekabr 2023-cü il tarixləri arasında istehsal edilmiş elektrik mühərrikli avtomobillərə aiddir.

Qeyd edilib ki, qüsur yolda toqquşmaya səbəb ola bilər və idarə olunan nəqliyyat vasitəsinin salonunda olan insanlara təhlükə yaradır. Problemi aradan qaldırmaq üçün Pekin və Şanxaydakı Tesla bölmələri avtomatlaşdırılmış yardım sisteminin yeni elementlərinin əlavə edilməsi ilə optimallaşdırılmış funksiyanı həyata keçirməyi planlaşdırır. Bunun mövcud riskləri aradan qaldıracağı güman edilir

Şirkət geri çağırılan avtomobillərin sahiblərinə xüsusi bildirişlər göndərəcək.

araz.az xəbər portalı.