İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) vətəndaşlara göstərilən xidmətin daha da təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə “1542” Çağrı mərkəzinə yeni xidmət əlavə edib.
Agentlikdən araz.az-a bildirilib ki, bu gündən etibarən vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı suallarını “1542” Çağrı mərkəzinə ünvanlaya biləcəklər. Bunun üçün müvafiq dili seçdikdən sonra 2 düyməsini seçmək lazımdır.
Qeyd edək ki, bundan əvvəl 2-ci xətdə əlillik məsələləri ilə bağlı zənglər qəbul edilirdi. Əlillik üçün göndərişlərin rəsmiləşdirilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri tərəfindən həyata keçirildiyi üçün vətəndaşlar sözügedən məsələ ilə bağlı TƏBİB-in “815” Çağrı mərkəzinə müraciət edə bilərlər. Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir
araz.az xəbər portalı.