Səudiyyə Ərəbistanı hökumətinin jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı açıqlamasını tarixin ən pis əfsanəsi saymaq olar.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Onların planı əvvəldən çox pis idi. Bacarıqsız şəkildə yerinə yetirdilər. Beləcə, tarixin ən pis əfsanəsi meydana gəldi”, – deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, C.Qaşıqçı 2 oktyabrda Səudiyyənin İstanbul Baş Konsulluğuna daxil olub və bir daha görünməyib. Səudiyyə hökuməti isə yalnız 20 oktyabr gecəsi açıqlama yayaraq, jurnalistin konsulluqda yaşanan qarşıdurma nəticəsində öldürüldüyünü bildirib.
araz.az xəbər portalı.