Əgər evdə ütünü söndürməyi və ya pəncərələri bağlamağı unudursunuzsa, deməli yaddaş problemləriniz var. Bu şeylərin vərdiş halına gəlməsi üçün mütəmadi olaraq təkrarlanması lazımdır.
araz.az “Woman’s World”a istinadən yaddaşı yaxşılaşdıracaq dörd sadə vərdişi təqdim edir:
Qaragilə yeyin
Təzə giləmeyvə və meyvələr bu məqsədin açarıdır. Araşdırmaya görə, qaragilə yeməyin demans inkişaf riski olan insanlarda yaddaşı yaxşılaşdırdığını təsdiqləyir. Gündəlik yarım stəkan bu giləmeyvə beyin hüceyrələri arasında siqnalları yaxşılaşdıran iki güclü birləşmə olan antosiyanidinlər və prosiyanidinlər səbəbindən yaddaş itkisi riskini azaltmağa kömək edir.
Nahar zamanı qəhvə içmək
Elmi araşdırmalar bir fincan qəhvənin tərkibindəki kofeinin yaddaşı 24 saat ərzində yaxşılaşdırdığını təsdiqləyir. Ancaq bu təsirə nail olmaq üçün içkini naharda içmək lazımdır.
Təmiz havada gəzintiyə çıxın
Canlı təbiətdən zövq alaraq açıq havada gəzmək beyinə qan axını artıra və bununla da yaddaşı yaxşılaşdıra bilər. Araşdırmalar göstərir ki, hər gün əlavə 20 dəqiqəlik orta fiziki fəaliyyət beynin yaddaşa cavabdeh olan bölgəsi olan hipokampusun böyüməsinə kömək edir.
Təzə ətri içinə çəkin
Yaddaşı tez bərpa etmək üçün bir budaq lavanda və ya nanə qoparın və ətrini içinizə çəkin. Tədqiqatlar göstərir ki, otlardakı menton və sineol kimi birləşmələr diqqəti yaxşılaşdırır. Bundan əlavə, hər gün xoş qoxulara diqqət yetirmək beyin funksiyasını optimallaşdıra, yaddaş itkisini və demans riskini azalda bilər.
araz.az xəbər portalı.