araz.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzusu alınan malın geri qaytarılması ilə bağlıdır.
Son zamanlar bir sıra ticarət obyektlərində “Alınan mallar geri qaytarılmır” kimi lövhələrin asılması halları müşahidə olunur. Bir çox mağazalarda isə bildirirlər ki, alınan məhsul qaytarılmasa da, yalnız dəyişdirilə bilər. Mağaza sahibləri və alıcılar arasında mübahisə yaradan problemlərdən biri də budur.
Maraqlıdır, alıcılar neçə gün ərzində aldıqları malı geri qaytara bilərlər? İstehlakçı hüquqlarının müdafiəsi üçün iddia müddəti nə qədərdir?
araz.az xəbər verir ki, istehlakçının qüsurları aşkar etməsi zamanı istehsalçıya (icraçıya) qarşı iddia qaldırması üçün vaxt intervalı da nəzərdə tutulub.
Əgər zəmanət müddəti müəyyən olunmayıbsa, istehlakçı istehsalçı (icraçı) qarşısında 1 il müddətində iddia qaldıra bilər
araz.az xəbər portalı.