Hörmətli Ellilər,hörmətli Qərbi Azərbaycanlılar!!!
Məlumunuz olduğu kimi,biz,Qərbi Azərbaycan kökənli təəssübkeş,yurd,el-oba sevdalısı ziyalılar, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyində toplaşaraq,indi Ermənistan adlanan,tarixi Qərbi Azərbaycandakı Ulu Yurdlarımızdan, İrəvandan,Uluxanlıdan, Göyçədən,Loru-Pəmbəkdən, Vedibasardan,Zəngibasardan, Dərə-Ələyəzdən,Ağbabadan, Qaraqoyunludan,Qafandan, Mehridən və s.,18-ci əsrdən başlayaraq Qafqaza köçürülərək,bizim yurdlarımızda məskunlaşdırılmış,erməni millətçiləri,erməni faşist daşnakları tərəfindən,havadarlarının hərtərəfli,aktiv dəstəkləri ilə,bizləri zaman-zaman tarixi yurdlarımızdan zorakılıqla,müxtəlif üsullardan istifadə etməklə qovaraq,qaçqınlığa,köçkünlüyə, qəribliyə,soyqırıma,deportasiyaya məruz qoymuşlar.Acı,tarixi həqiqətdir ki,19-cu əsrə qədər bizlərə məxsus olmuş,bütün əhalisinin 95%-i bizlərdən ibarət olmuş,İrəvan xanlığının ərazilərində bu gün bir nəfərdə olsun azərbaycanlı qalmamışdır!!! Təkcə,bütün tərəqqipərvər
Dünyanın gözləri qarşısında,1948-1953,və son1988-1992-ci illərdə bir milyondan artıq soydaşımız doğma,tarixi yurdlarından, zorakılıqla,soyqırıma məruz qoyulmaqla deportasiyaya məruz qoyulmuşlar!!! Lakin,təəssüflə qeyd etməliyəm ki,bu günkü günə qədər,biz özümüzdə başımıza gətirilmiş bu haqqsızlıqlara,vəhşətlərə, dözümlü yanaşaraq lazım olan təpkini verməmişik. Tərəqqipərvər Dünyanın gözləri qarşısında,kobud şəkildə pozulmuş insani hüquqlarımızın bərpa olunması istiqamətində zəruri addımları atmamışıq!Bu addımları atmamağımızın başlıca səbəbini,bu işləri ardıcıl,davamlı şəkildə apara biləcək, bizləri bir yerə toplaya biləcək bir təşkilatımızın olmamasında görürəm.Şükürlər olsun ki,bu gün artıq belə bir təşkilatımız artıq qurulmuşdur,vardır!!! Bu gün artıq,dövlətçiliyimizə hər zaman çətin anlarında dəstək olmağı,soydaşlarımızın pozulmuş hüquqlarını bərpa etməyi,onlara hər zaman,hər yerdə dayaq olmağı,tarixi Yurdlarımıza Qayıdışımızı təmin etməyi qarşısına müqəddəs bir vəzifə,müqəddəs bir amal olaraq qoymuş, Qərbi Azərbaycana(Ermənistana)Qayıdış Birliyimiz aktiv fəaliyyət göstərir. Bizim,QAQB olaraq daha effektiv,daha səmərəli fəaliyyət göstərməyimiz üçün,nizamnaməmizə uyğun olaraq,hər bir soydaşımızın harada yaşamasından,harada doğulmasından asılı olmayaraq, Birliyimizə üzv yazılmaqları vacibdir və çox zəruridir!!!Bu bizlərə stimul verir ki,həm itirdiyimiz mal-mülklərin kompensasiyalarının alınmasına nail olmaq istiqamətində,həm Yurdlarımıza Qayıda bilmək istiqamətində,ən azı yaxın zamanlarda, Beynəlxalq Məhkəmələrin, Beynəlxalq Təşkilatların dəstəklərini almaq yolu ilə,tarixi Yurdlarımıza getməyə,doğma yurdlarımızı ziyarət etməyə,əzizlərimizin qəbirləri üzərində quran oxudub,ruhlarını şad etməyə nail olaq! Dövlətçiliyimiz,Dirilişimiz,Diriliyimiz,Birliyimiz,tarixi Yurdlarımıza sahib çıxa bilməyimiz,zorakılıqla qovulduğumuz Yurdlarımıza yenidən Qayıdışımıza nail olmaq üçün,əlimizdən əvəzsiz olaraq,zorla alınmış mal-mülkümüzə görə kompensasiya alınmasına nail olmağımız,pozulmuş digər insani hüquqlarımızın bərpa olunmasına nail olmağımız üçün,bütün Qərbi Azərbaycanlı kökənli soydaşlarımızı Birliyimizə üzv yazılmağa,Birliyimizə,Diriliyimizə dəstək olmağa çağırıram!!!!
QAQB sədri;Rizvan Talıbov.
araz.az xəbər portalı.