Orqanizmdə xolesterolun yüksək səviyyədə olması ürək-damar sistemi xəstəliklərinin riskini artırır.

araz.az bildirir ki, Beynəlxalq normalara əsasən orqanizmdə xolesterolun səviyyəsi 5 mm/l yuxarı olmamalıdır.

Bəzi məhsullar var ki, onlar xolesterolun səviyyəsini aşağı salır. Bu məhsulları həm yüksək xolesterolu aşağı salmaq üçün, həm də bu pozulmanın profilaktikası üçün tez-tez qidalanmaya daxil etmək lazımdır.

Bu məhsullar arasında:

– Sitrus meyvələri (xüsusilə qreypfrut, portağal, naringi). Bu meyvələri üzərində olan ağ qabıqlarla birlikdə yemək daha faydalıdır.

– Yulaf yarması (“gerkules”)

– Alma

– Qoz, püstə

– Zeytun yağı

– Balıq

– Noxud, lobya, mərci

araz.az xəbər portalı.