Türkiyədə çay-çay gəzib, palçıqlı sulardan qızıl çıxaran 68 yaşlı İsmayıl Uslu adlı şəxsdən danışılır.

araz.az bildirir ki, zonquldakda yaşayan yaşlı kişi çay kənarlarından 1 həftəyə 13 qram qızıl çıxarır

Onun sözlərinə görə, bu işlə hobbi kimi məşğul olur və bu heç də baha başa gəlmir.

Palçıq və suya məhəl qoymadan qızıl tozu axtaran 68 yaşlı kişi bunun bahalı hobbi olmadığını bildirib:

“Ümid axtaran insanlara demək istərdim ki, heç olmasa həftəsonu gedin çay kənarında balıq yeyin, təmiz havada çay için, araşdırma aparın. Sizə çox şey lazım deyil. Mən də belə başladım və iki ilə yaxındır ki, davam edirəm. Bu qızıl təbiətin hər yerində var. Sadəcə axtarıb onun yerini bilmək lazımdır”

araz.az xəbər portalı.