Qərbi Azərbaycan İcması Yunanıstanın xarici işlər nazirinə cavab verib.
araz.az xəbər verir ki, İcmanın bununla bağlı yaydığı açıqlamada deyilir: “Yunanıstanın xarici işlər naziri İrəvanda ölkəsinin “Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi”ni bildirmişdir.
Yunan nazirin bu açıqlamalarını rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyi və onun daxili işlərinə kobud müdaxiləsi kimi qiymətləndiririk.
Yunanıstan məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamalı, Azərbaycana qarşı təxribatçı addımlar atmamalı, Ermənistandan Azərbaycan xalqının mədəni irsini məhv və təhrif etməməyi, UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan verməyi tələb etməlidir”.
araz.az xəbər portalı.