Çox vaxt insanın real yaşı onun fiziki vəziyyətinə uyğun gəlmir və araşdırmalar mənfi emosiyaların orqanizmə hətta pis vərdişlərdən daha ciddi təsir göstərə biləcəyini təsdiqləyir.

araz.az  xarici KİV-ə istinadən xəbər verir ki, Stenford və Honq-Konq Çin Universitetindən olan beynəlxalq alimlər qrupu insanın bioloji yaşını öyrənmək və onun artmasına səbəb olan amilləri müəyyən etmək üçün asraşdırma aparıb.

Onlar orqanizmin qocalma sürətinə təsir edən amilləri müəyyən ediblər. Alimlərin fikrincə, genetika və həyat tərzi bioloji yaşı təyin edən əsas amillərdir. Bununla belə, onların araşdırması müəyyən edib ki, psixi sağlamlıq problemləri də qocalma prosesini sürətləndirə bilər.

 

 

Qəribədir ki, ürək-damar, ağciyər və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların bioloji yaşı 1,5 yaş böyükdür. Bununla belə, alimlər psixoloji sağlamlıq problemlərinin orqanizmə daha əhəmiyyətli təsir göstərməsinə təəccübləniblər.

Maraqlıdır ki, depressiya və ya tənhalıq yaşayan insanlar siqaret çəkmək kimi pis vərdişlərlə məşğul olanlardan daha tez yaşlanır. Bədbəxtlik dövrləri yaşayanlar, orta hesabla, həqiqi yaşlarından 1,65 yaş böyük olan bioloji yaş nümayiş etdirirlər.

araz.az xəbər portalı.