İrlandiyanın Ulster Universiteti və Atlantik Texnologiya Universitetində aparılan bir tədqiqat insanların ixtisas seçimi ilə onların psixoloji vəziyyətləri arasında bir əlaqə olduğunu müəyyən edib. 

araz.az   xəbər verir ki, araşdırma göstərir ki, psixologiya ixtisasında oxuyan tələbələrdə sosial fobiya daha çox müşahidə olunur. Biznesin idarə edilməsi ixtisasında oxuyanların isə daha çox narkotik asılılığı olur.

Yenə də tədqiqatlar göstərir ki, ədəbiyyat, kitabxanaçılıq, sosialogiya, tarix kimi sahələr üzrə təhsil alan tələbələrin digərləri ilə müqayisədə daha çətin və ya travmalı uşaqlıqları olub.

Eyni zamanda uşaqlıqda neqativ halların şahidi olmuş insanların hüquq ya da psixologiya oxumaq istəməsi daha çox ehtimaldır. Hüquq tələbələri arasında həm də alkoqol asılılığı daha geniş yayılıbmış.

Tədqiqatlar göstərir ki, Tibb Universiteti tələbələri ən az narkotik maddə istifadə edən insanlar olurlar.

İncəsənətlə bağlı sahələrdə təhsil alan tələbələrdə isə depressiya və diqqət əskikliyi daha çox müşahidə olunur. Tədqiqata görə psixologiyası ən sağlam olanlar mühəndislik üzrə təhsil alanlardır.

Tədqiqat “Plos One” adlı etibarlılığı yüksək elmi jurnalda dərc edilib.

araz.az xəbər portalı.