Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti toplantısı baş tutmayıb. Toplantı yanvarın 11-də Gəncədə keçirilməli idi.
araz.az xəbər verir ki, federasiyanın rəsmi saytı iclasın təxirə salındığını açıqlayıb. Səbəblər barədə məlumat verilməyib.
Publika.az-ın məlumatına görə, toplantı AFFA prezidenti Rövnəq Abdullayevə görə baş tutmayıb. Belə ki, Abdullayevin səhhəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Onun indi özəl klinikalardan birində həkim nəzarətində olduğu bildirilir.
araz.az xəbər portalı.