photo_45883.jpg

1. Heç bir xeyir və şər yoxdur, yalnız güc var və o gücü axtarmağa zəif olanlar var. J. K. Rowling

2. Allah şəri yaratmayıb. Necə ki, qaranlıq işığın yoxluğudur, eləcə də şər də Allahın yoxluğudur. Albert Eynşteyn

3. Sonda həqiqi sevgi və həqiqət şər və fəlakətin dünyada güclü olduğundan daha güclüdür. Çarlz Dikens

4. Bəs əgər şər movcud deyilsə onda necə? Bəs əgər şər insanın uydurmasından başqa bir şey deyilsə onda necə? Biz şərə qarşı yox, özümüzün çatışmazlığımıza qarşı mübarizə aparmalıyıq- iradəmizə, arzularımıza və seçimlərimzə qarşı daimi mübarizə. Libba Bray

5. Bir yerli qoca Amerikalı daxilində olan mübarizəni belə təsvir edir: Daxilimdə iki it var. İtin biri qəddar və pisniyyətdir. O biri it isə yaxşıdır. Pisniyyət it daim yaxşı itə qarşı mübarizə aparır.

Kişidən soruşanda ki, bəs itlərdən hansı biri qalib gəlir, o ani olaraq fikrə gedib belə cavab verir:

Hansı iti daha çox yemləyirəmsə o da qalib gəlir. Corc Bernard Şou
6. Sizə elə gəlir ki, sizin qanunlar şəri aradan qaldırır- əksinə, siz onları daha da inkişaf etdirirsiniz. Şərə son qoymağın yeganə yolu heç bir fərq qoymadan şərə qarşı yalnız xeyirlə cavab verməkdir. Lev Tolstoy

7. Fəal şər passiv xeyirdən daha yaxşıdır. William Blake

8. Hər “yox” nəyəsə “hə” –dir. Eric Michael Leventhal

9. Medianın xeyiri şər, şəri xeyir etmək qabiliyyəti var. Duncan William Gibbons

10. Xeyir və şərin pasportu yoxdur; onlar müxtəlif dillərdə danışır, müxtəlif maska taxır, hər yerdə mövcud olur- hətta eyni bir adamın daxilində də. A.H. Amin

11. Bir tərəfdən Allah bizdən daha müdrikdir, bəzi şeylər barədə də onun hökmü bizimkindən fərqlidir. Ola bilsin ki, bizə xeyir kimi görünən Allahın nəzərində heç də xeyir kimi görünməsin, yaxud da bizə şər kimi görünən Allahın nəzərlərində heç də şər olmasın. C. S. Lewis

12. Biz əzab-əziyyətlə və şərlə üzbəüz qalanda seçim etməliyik. Biz ya şəri seçə bilərik ya da xeyiri qucaqlaya bilərik. Elizabeth Smart

13. Hər birimizin təbiətində şər və xeyir daim mübarizə aparır. Bütün həyatımız boyu onların mübarizəsi davam edir. Onlardan biri mütləq qalib gəlməlidir- hansının qalib gəlməsi bizim əlimizdədir. Robert Louis Stevenson

14. Hətta ən yaxşı insan belə daimi olaraq yaxşı olaraq qalmır. Elə isə deməli ən pis adamlar da həmişəlik şər qüvvə daşıyıcısı deyil. Wilkie Collins

15. Şərə qarşı olmaq heç də sizi yaxşı etmir. Ötən gecə mən özüm şərə qarşı oldum, sonra isə özüm şərə çevrildim. Sanki şər üstümə sel kimi gəlirdi. Mən onların hamısını darmadağın etmək istəyirəm. Ancaq hətta onları darmadağın edərkən bundan elə həzz alırsan ki, mübarizə apardığına qarşı daha da yaxınlaşırsan.Ernest Heminqvey

16. Qəddarlıq və səhvlər dünyada ən güclü qüvvə deyil. Onlar əbədi deyil. Yalnız sevgi əbədidir.Elizabeth Elliot

17. Şəri qəbul etməyənlər heç vaxt xeyiri də qəbul etmirlər. August Strindberg

18. Şərin nəzərində xeyir şərdir . Ray Bradbury

araz.az xəbər portalı.